fbpx

“Türkiyə bizə meydan oxuyur” – Egey dənizində müharibə hədələri: Ankaranı şikayət etdilər

BEY.AZ informasiya agentliyi xəbər verir

Yunanıstan Türkiyəni BMT-yə şikayət edib.

Metbuat.az xəbər verir ki, Yunanıstan hökuməti Baş katib Antonio Quttereşə 4 səhifəlik məktub göndərib. Məktubda iddia edilib ki, Türkiyə Yunanıstanın “Egey adalarındakı suverenliyini pozur”.

“Türkiyə Egey dənizindəki adalarda Yunanıstanın suverenliyinə meydan oxuyaraq, bölgədə sabitliyi pozan düşməncə siyasət yürüdür” – məktubda deyilir. Məktubda Yunanıstan Türkiyəni müharibə təhdidləri səsləndirməkdən yayınmağa çağırıb.

Qeyd edək ki, Türkiyə qırıcılarının son günlərdə Egey dənizində uçuşları intensivləşdirib. Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Yunanıstan 1923 və 1947-ci illərdəki müqavilələr əsasında şərt irəli sürülərək ona verilən adaların statusunu pozur. “Ciddi deyirik, Afina şərtlərə əməl etməzsə məsələni daha da irəliyə aparacağıq. ABŞ-ın siyasətində balansın pozulduğunu müşahidə edirik. Xəbərdarlıq etdik” – deyə Çavuşoğlu bildirmişdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin