Türkiyə millisi Portuqaliya ilə qarşılaşacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarına start veriləcək.
Metbuat.az-ın məlumatına görə, əvvəlcədən planlaşdırılan altı qarşılaşmadan dördü baş tutacaq.
A yolunda Polşa ilə qarşılaşmalı olan Rusiya millisi Ukraynadakı müharibəyə görə FIFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Bu səbəbdən Valeri Karpinin başçılıq etdiyi komandaya texniki məğlubiyyət verilib. Polşa yığması isə birbaşa finala vəsiqə qazanıb. Bu kolektivin həlledici görüşdəki rəqibi İsveç – Çexiya matçının qalibi olacaq.
B yolunda Şotlandiya – Ukrayna görüşü eyni səbəbdən iyun ayına təxirə salınıb. Bu qrupun yeganə matçında Uels seçməsi evdə Avstriyanı sınağa çəkəcək.
C yolunda Türkiyə millisi səfərdə Portuqaliyanın qonağı olacaq. “Draqau” stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Digər qarşılaşmada isə İtaliya və Şimali Makedoniya yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.
DÇ-2022, pley-off mərhələsi
Yarımfinal
24 mart
A yolu
23:45. Uels – Avstriya
B yolu
23:45. İsveç – Çexiya
C yolu
23:45. İtaliya – Şimali Makedoniya
23:45. Portuqaliya – Türkiyə
Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Mundial noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.