Türkiyə ordusu bir gündə 50 terrorçu zərərsizləşdirib
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyə Silahlı Qüvvələri Suryiyanın şimalında son sutka ərzində 50 PKK terrorçusunu zərərsizləşdirib.
Metbuat.az–ın məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd olunub ki, ötən gün silahlı qruplaşmalar Türkiyə ordusunun “Fərat qalxanı” antiterror əməliyyat bölgəsinə hücum edib. Hücum nəticəsində bir türk hərbçi həlak olub.
Buna cavab olaraq Türkiyə hərbçilərinin başladığı genişmiqyaslı əməliyyatda 50 nəfər zərərsizləşdirilib.
Bölgədə antiterror əməliyyatları davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.