Türkiyə Qarabağda turizmin inkişafında Azərbaycana kömək edə bilər
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyə Qarabağda turizmin inkişafında Azərbaycana kömək edə bilər.
Metbuat.az xəbər verir ki, bunu Türkiyə Turizm Klubunun prezidenti Uğur Dəmircan beynəlxalq səyahətçilərin Qarabağa səfəri ilə bağlı keçirilən mətbuat konfransında Trend-in sualına cavab olaraq bildirib.
“Əminəm ki, Türkiyə Qarabağda müxtəlif iri turizm layihələrinin inkişafına kömək edə bilər. Xalqlarımızın yaxınlığı Azərbaycan və Türkiyə arasında turizmin inkişafına daha da töhfə verər”, – o, qeyd edib.
U. Dəmircanın sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Türkiyə ilə Azərbaycan arasında turist axınını daha da artıracaq.
O, Qarabağda erməni vandalizminin dəhşətə gətirdiyini də vurğulayıb. Eyni zamanda o, Azərbaycanın həyata keçirdiyi bərpa işlərinin sürətinə heyran olduğunu bildirib.
Xatırladaq ki, dünyanın 10 ölkəsindən 24 beynəlxalq səyahətçidən ibarət qrup Qarabağ şəhərlərinə üç günlük səyahət edib. Qonaqlar Xocavənd rayonundakı Azıx mağarasında, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında olub, səyahətlərini Zəngilanda başa vurublar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.