Türkiyə Rusiya hərbi gəmilərinin Qara dənizə girməsinə imkan vermədi: Müharibəyə qoşulmaq istəyirdilər
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyə Rusiyanın 3 gəmisinin boğazlardan keçməsinə icazə verməyib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıqlama verib. O bildirib ki, Rusiya fevral ayının 27 və 28-i tarixlərində 3 gəminin Qara dənizə keçməsi üçün Türkiyəyə müraciət etmək istəyib. Diplomatın sözlərinə görə, Türkiyənin dostyana xahişindən sonra Moskva müraciət etməkdən imtina edib.
Qeyd edək ki, Montrö boğazlar konvensiyasına görə, müharibə vəziyyətində Türkiyə boğazlarına nəzarət tamamilə Ankaranın əlindədir.
Türkiyənin gəmilərin hərbi məqsədlər üçün İstanbul boğazından keçməsinə icazə verməmək hüququ var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.