“Türkiyə Ukraynadakı münaqişənin dayanması üçün səy göstərir”
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyə Ukraynadakı münaqişənin tezliklə sona çatması üçün səy göstərir.
Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada müsəlmanların müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsində deyib.
Türkiyə lideri bildirib ki, Ankara bu istiqamətdə danışıqları davam etdirir:
“Biz balanslaşdırılmış siyasət yeritməklə Ukraynadakı müharibənin genişlənməsinin və öz qığılcımını ölkəmizə yaymasının qarşısını ala bildik. Bundan əlavə, atdığımız əlavə addımlar sayəsində insanların həyatını xilas etdik. Biz qan tökülməsini dayandırmaq, Rusiya ilə Ukrayna arasında münaqişəni həll etmək üçün danışıqları davam etdiririk”, – Ərdoğan vurğulayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Türkiyə #Ukraynadakı #münaqişənin #dayanması #üçün #səy #göstərir