fbpx

Türkiyə və Azərbaycan alpinistləri Xocalı qurbanlarını belə andılar

BEY.AZ informasiya agentliyi xəbər verir


TürkiyəAzərbaycan alpinistləri Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşən Xaça dağının zirvəsinə birgə qalxıblar.

Metbuat.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, aksiya 1992-ci ilin fevralında ermənilərin qadınlar, qocalar və uşaqlar da daxil olmaqla 613 dinc sakini qətlə yetirdiyi Azərbaycanın Xocalı şəhərindəki qanlı hadisələrin növbəti ildönümünə həsr olunub.

Aksiyada Türkiyənin müxtəlif bölgələrindən 24, azərbaycanlı isə 7 alpinist iştirak edib.

Yürüş Azərbaycanın Qarsdakı Baş Konsulluğu, “Zirvə” Alpinizm və Açıq Hava İdmanları Klubunun (Pik), eləcə də Azərbaycan Dilini, Tarixini və Mədəniyyətini Qoruma və Dəstək Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunub. Zirvəyə çatdıqdan sonra alpinistlər Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra Türkiyənin və Azərbaycanın himnləri səsləndirilib.

Alpinistlər üzərində “Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edirik” yazısı, həmçinin Türkiyə və Azərbaycanın bayraqları olan plakat açıblar.

Aksiyanın təşkilat komitəsinin rəhbəri İsgəndər Doğan bildirib ki, Naxçıvanda zirvəyə ilk qalxış 6 il əvvəl edilib və zaman keçdikcə ənənə halını alıb.

Doğan qeyd edib ki, Türkiyə hər zaman qardaş Azərbaycanı dəstəkləyir və yüksəlişdə məqsəd azərbaycanlı qardaşların dərdinə şərik olmaqdır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin