“Türkiyə və Azərbaycan bir-birinə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrilib”
BEY.AZ informasiya agentliyi xəbər verir
Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin gücü, artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik.
Metbuat.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” festivalında çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı deyib: “Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim və Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.
Türkiyə və Azərbaycanın bundan sonra da yüksələn xətlə yalnız irəliyə gedəcəyinə əmin olduğunu bildirən Prezident İlham Əliyev çıxışını bu şüarlarla tamamlayıb: “Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı! Qarabağ Azərbaycandır!”
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.