Türkiyə və Ermənistan xüsusi nümayəndələri bu tarixdə görüşəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün vaxtı məlum olub.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, xüsusi nümayəndələrin növbəti görüşü mayın 3-də Vyanada baş tutacaq.
2021-ci ilin dekabrında Ankara və İrəvan dialoq qurmaq üçün öz diplomatlarını təyin ediblər. Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç olub. Onlar artıq iki görüş keçiriblər – yanvarın 14-də Moskvada və fevralın 22-də Vyanada.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.