Türkiyə XİN Birləşmiş Ərəb Əmirliyinə qarşı hücumu pisləyib
BEY MEDIA İnformasiya agenti xəbər verir
Türkiyə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumları pisləyib.
Metbuat.az xəbər verir ki, hadisə ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb:
“Hücumlarda həyatını itirənlərə Allah rəhmət eləsin, ailələrinə, Birləşmiş Ərəb Əmirlikləri xalqına və hökumətinə başsağlığı veririk”, – deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft infrastrukturunun dron hücumuna məruz qalması nəticəsində 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.