Türkiyə XİN Xankəndidəki partlayışla bağlı başsağlığı verib
“Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxlu sayda insanın həyatını itirməsinə, yüzlərlə insanın ağır yaralanmasına kədərləndik”.
Metbuat.az “Apa”ya istinadla xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir:
“Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyirik. Türkiyə lazım gələrsə, lazımi yardımı göstərməyə hazırdır”, – bəyanatda vurğulanıb.