Türkiyədə dəhşətli partlayış: Çox sayda ölü və yaralı var
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda boya və lak istehsalı fabrikində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
Metbuat.az “TRT HAber”ə istinadən xəbər verir ki, bu barədə Tuzla rayon bələdiyysinin sədri Şadi Yazıçı bildirib.
Qeyd olunub ki, yaralananlardan 3-nün vəziyyəti ağırdır. Bələdiyyə sədrinin sözlərinə görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib və yanğın nəzarət altına alınıb. Yanğının səbəbləri araşdırılır. Yerli nümayəndələr kimyəvi maddələrdən ayrılan zərərli qazların ətrafa yayılma ehtimalını nəzərə alaraq, sakinlərə bölgədən uzaqlaşmaq və tibbi maskalardan istifadə etmək barədə xəbərdarlıq edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.