Türkiyədə güclü zəlzələ baş verdi
Türkiyənin Van vilayətində rixter cədvəli üzrə 4,7 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki zəlzələnin episentri Tuşba rayonundan 4 kilometr aralıda yerin 7 kilometr dərinliyində yerləşib. Daxili İşlər Naziri Ali Yerlikaya şəhərdə heç bir neqativ vəziyyətə rast gəlinmədiyini açıqlayıb. “Hələlik heç bir mənfi hal yoxdur” – Ali Yerlikaya deyib.