Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı artdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1651 nəfərə, yaralananların sayı isə 11 min 119 nəfərə çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Təbii fəlakət nəticəsində 3471 bina dağılıb.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Türkiyə təbii fəlakətlə bağlı NATO və Avropa İttifaqı da daxil olmaqla 45 ölkədən yardım təklifləri alıb. Bir müddət öncə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələ bölgəsinə çatıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Türkiyədə #zəlzələ #nəticəsində #həlak #olanların #sayı #artdı