fbpx

Türkiyədən HƏYƏCAN TƏBİLİ: Qara dənizdə üzən minalar…

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə Hərbi Dəniz Qüvvələrinin Naviqasiya, Hidroqrafiya və Okeanoqrafiya İdarəsi Qara dənizdə, xüsusən Odessa, Oçakov, Çernomorsk və Yujnı yaxınlığında minaların üzməsi ehtimalı barədə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, hazırda ərazidə olan və mina aşkar edən gəmilər minaların yerlərini qeyd edərək, bu barədə dərhal müvafiq orqanlara məlumat verməlidirlər.

Əvvəllər bildirilirdi ki, Rusiya Qara dənizdə Bosfor boğazından Odessaya qədər tövsiyə olunan marşrutları minalaya bilər.

Ukraynalı ekspertlər öyrəniblər ki, Soçi dəniz limanı bölgədəki gəmi sahiblərinə və gəmi kapitanlarına Ukrayna Hərbi Dəniz Qüvvələri vasitəsilə Qara dənizdə üzən mina təhlükəsi ilə bağlı xəbərdarlıqlar göndərib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin