Türkiyədən qovulan reper Bakıda tamaşaçıları belə təhqir etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, mahnılarında narkotiki təbliğ etdiyi üçün Türkiyədən deportasiya edilən reper Asya Əlizadə Bakıya gəlib. O, bir neçə gün əvvəl paytaxtda məkanların birində səhnəyə çıxıb.
Metbuat.az “Axşam.az”a istinadən məlumatına görə, gecədən yayılan video qalmaqala səbəb olub. Belə ki, reper səhnəyə çıxaraq tamaşaçıları təhqiramiz formada salamlayıb. O, səhnədə “mən, çantam və… (qeyri-etik ifadə) sizi salamlayırıq” sözlərini deyib.
Sosial şəbəkə izləyiciləri isə onun bu sözlərini tənqid ediblər.
Həmin videonu müğənni Nadir Qafarzadə də yayımlayıb. İfaçı “Belə konsert ancaq bizdə ola bilər. Qorxuram sabahdan bizim müğənnilər arasında trend ola. Tamaşaçılara da lap ləzzət elədi” sözlərini yazıb.
Onun paylaşımına şərh yazan Əməkdar artist Könül Kərimova “Bizdə belə deyil ki? Sadəcə, dilə gətirmirlər” deyə, bildirib.
Aparıcı Sərxan Kərəmoğlu isə “Elələri bizdə var, deməyə nə var ki… Onu göstərmək lazımdır. Bizdə onu gözə soxurlar” cavabını verib.
Qeyd edək ki, İstanbul Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları Əlizadənin kliplərini araşdırıblar. Məlum olub ki, Əlizadə “Estafurla” mahnısında ingilis dilində “marixuana kimi” ifadəsini işlədib. Polislər saxlanılma qərarı verilən Asyanı Ataşehir səmtindəki evindən nəzarətə alıblar. Əlizadə ifadə verdikdən sonra sərbəst buraxılıb. Daha sonra reper xarici vətəndaş olduğu üçün ölkəsinə göndərilmək qərarı ilə göndəri mərkəzinə təslim edilib. Amma ifaçı lazımlı imzaları atmaq üçün polis idarəsinə getməyib. O, yenidən polislər tərəfindən Ataşehirdəki evindən nəzarətə alınıb. Onun polis idarəsindəki sənəd işləri tamamlandıqdan sonra ölkəsinə göndərilməsi üçün miqrasiya idarəsinə təhvil verilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
- Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Türkiyədən #qovulan #reper #Bakıda #tamaşaçıları #belə #təhqir #etdi