fbpx

Türkiyəli ekspert: London – Vaşinqton Avropanı yenidən dizayn etməyə çalışırlar

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“İraq, Əfqanıstan və Suriya nümunələrində gördüklərimizə kölgə salacaq nəhəng döyüş maşını işə düşüb. Cənubi Osetiya, Krım və Donbass nümunələrində də olduğu kimi, lazım gəldikdə müdaxilə etməkdən çəkinməyən Moskva, Qərbdən gələn informasiya kirliliyini Ukrayna müharibəsi fonunda Qərb və Ukrayna ictimaiyyətini razı salmağa yönəlmiş kampaniyanın bir hissəsi kimi qiymətləndirdi”.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq tanınmış türkiyəli iqtisadçı – ekspert Ersin Dedekoca edib. Onun şərhinə görə, London və Vaşinqton gərginliyi artıraraq, Avropanı yenidən dizayn etməyə çalışırdılar. Ukrayna müharibəsi də bu səbəbdən uğurlu bir vasitə oldu.

Rüya tabirlerini burdan oku

“ London – Vaşinqton “qardaşları” AlmaniyaFransa rəhbərliyinin Avropada yeni yol axtarışından xəbərdar idilər. Onlar bilərəkdən Rusiyanı öz problemləri ilə məşğul edərək, Çinlə yaxınlaşmasının qarşısını almağa cəhd edirlər” .

Bəs yeni olmayan Ukrayna böhranı 8 ildən sonra birdən – birə niyə alovlandı?

“Çünki ABŞ və İngiltərə qardaşları tərəfindən atmosfer çox gərgin idi və Almaniya və Fransa da buna dəstək verdi. Avropada da hazırda təhlükəli ab-hava yaranıb. Ukrayna cəbhəsində hətta kiçik təxribatın belə, müharibəyə səbəb olma ehtimalı yüksək idi və belə də oldu. Düşünürəm ki, müharibədən sonra qısa zamanda daha iki mühüm nəticə əldə olunacaq. Birincisi, Avropanın öz təhlükəsizliyini təmin etməkdə daha fəal olacağı ehtimalı artır. İkincisi, bio yanacaqlardan ( neft və s) tez bir zamanda xilas olmaq və bərpa olunan enerjiyə marağın artması prosesi də sürətlənəcəkdir. Bu müharibənin fonunda baş verənlərin bəlkə də ən mühüm, ən yaxşı nəticəsidir”.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu