fbpx

Türkiyəli generaldan MÜHÜM AÇIQLAMA: “Ərdoğan Putinlə görüşdə…”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bir ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsində hər iki tərəflə görüşə bilən yeganə lider olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən sülh üçün addımlar atacaq. Rusiya KİV-də yayılan məlumata görə, Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə bu ay üçün planlaşdırılan görüşdə Ukrayna ilə sülh danışıqlarının bərpasını təklif edəcək.

Bu vasitəçilik barədə Metbuat.az-a fikirlərini bölüşən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirdi ki, müharibənin tez bitəcəyinə inanmır:

“Müharibə hələ başlanmamışdan səkkiz il öncə tərəflər hərbi və siyasi cəhətdən hazırlaşmağa başlamışdılar. Arada böyük uçurumlar var. Belə vəziyyətdə sülh müqaviləsi imzalamaq çox çətindir. Düzdür, hər iki tərəf çoxlu itkilər verib, döyüşdən yorulub, amma bu müharibə təkcə Rusiya və Ukraynanın savaşı deyil. Təbii ki, biz Türkiyə olaraq Azərbaycanla birlikdə müharibə başlayandan bəri onun dayandırılması, qan, göz yaşı olmaması üçün əlimizdən gələni etmişik və hələdə edirik. Müharibənin həm də iqtisadi tərəfi var. Bu kontekstdə Türkiyənin xüsusəndə bu istiqamətdə Prezident Rəcəb Tayyib Ərdoğanın addımlarını, “Taxıl dəhlizi” sazişi ilə bağlı səylərini qiymətləndirməmək düzgün olmazdı. Təkcə Türkiyə və Rusiyanın və yaxud Rusiya və Ukraynanın istəyi ilə də müharibə bitə bilməz. Bir ildir davam edən bu gərginlik 3-cü Dünya Müharibəsinə hazırlaşan dövlətlərin marağındadır. Onlar tərəflər arasında olan bu vəziyyətin bitməsini istəmirlər”.

Rüya tabirlerini burdan oku

Qərb dövlətlərinin Rusiyanı çökdürmək üçün müharibəni qızışdırmağa davam etmək üçün çalışdıqlarını qeyd edən general vurğuladı ki, nəyinki sülh müqaviləsinin imzalanması mümkün deyil, hətta bu savaş başqa ölkələrə də sıçraya bilər:

“Qərb uzunmüddətdir Rusiyanı dalana dirəyəcək sanksiya və qadağaları tətbiq edir. Amma istədikləri kimi kifayət qədər nəticə yoxdur. Burada ən kritik məsələ “Taxıl dəhlizi” məsələsidir. Milyonlarla insan aclıq təhlükəsi ilə üz-üzə qalıb. Rusiya prezidenti Vladimir Putin bunu bildiyi üçün Qərbin həssaslığından istifadə etməyə çalışır ki, “Taxıl dəhlizi” sazişini həmin atəşkəs razılaşmasına çevirsin. Putinlə Ərdoğan görüşündə böyük məsafə qət ediləcəyi fikrində deyiləm. Hesab edirəm ki, bu müzakirələrdə əsas Qarabağ məsələsi ilə bağlı önəmli addımlar atılacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Türkiyəli #generaldan #MÜHÜM #AÇIQLAMA #Ərdoğan #Putinlə #görüşdə

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu