Türkiyəli müğənni Demet Akalın olduğu gəmi batdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Konsert məkanına getmək üçün dəniz yolunu seçən Demet Akalın olduğu gəmi qəzaya törədib.

Metbuat.az xəbər verir ki, sənətçinin olduğu gəmi limana çırpılıb.

Demet Akalın yaşadıqlarını “İnstagram” izləyiciləri ilə bölüşüb.

Alnındakı şişkinliyi göstərən Demet Akalın dostlarından birinin də əlinin əzildiyini deyib:

“Yaxşıyam, narahat olma. Alnımda şiş var. Xaricdən çoxlu fanatlarım olduğu üçün onları tək qoymaq istəmədim. Çox ağır gəmi qəzası keçirdik. Mən əslində gecələr belə şeylərdən istifadə etmirəm amma 20 dəqiqəyə çatarıq deyə buna razılaşdım. Qayıq saniyələr içində batdı. Necə sağ qaldıq?Anlaya bilmirəm”.

Müğənni qəzaya səbəbin limanda işıqların yanmamasını göstərib.




* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Türkiyəli #müğənni #Demet #Akalın #olduğu #gəmi #batdı

Exit mobile version