Türkiyənin tanınmış həkimi Elnarə Tuncay Bakıya gəldi
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyənin tanınmış həkimi Elnarə Tuncay 10 ilə yaxındır ki, həkim-dermatoloq kimi fəaliyyət göstərir. O, bu zamana kimi bir çox beynəlxalq təlimlərdə aktiv olaraq iştirak edib və yiyələndiyi zəngin bilikləri öz sahəsində uğurla tətbiq etməkdədir.
Beynəlxalq təcrübəyə malik olan peşəkar həkim “Reputation İnc.” PR və Event şirkətinin təşkilatçılığı ilə Bakıda baş tutan “Global Woman Awards – 2022” tədbirinə dəvət alıb və uğurlu fəaliyyətinə görə “The Professional Dermatologist” mükafatına layiq görülüb.
E. Tuncayın sözlərinə görə, həkimin ən böyük uğuru pasiyentlərin rəğbətini qazanmaqdır: “Uğurlu müalicədən sonra onların gözündə minnətdarlıq sevinci görə bilirsənsə, deməli düzgün yoldasan”.
Peşəkar həkimin gələcək planları isə özü kimi uğurlu və işinin peşəkarı olan həkimlər yetişdirməkdir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.