fbpx

Türkiyəyə qarşı yeni təxribat – “Amerika-Fransa qalxanı”

Rüya Yorumları burda

Yunanıstan Egey və Aralıq dənizlərində gərginliyi artırmağa davam edir.

Bey.az xəbər verir ki, Yunanıstanın Egeydə bir-birinin ardınca başlayan təlimləri ilə bağlı xəbərlərdə Afinanın Ankaraya skandal mesaj göndərdiyi bəlli olub.

Qeyri-hərbi statuslu adaları hərbiləşdirərək bölgədə gərginliyi artıran Yunanıstanın ABŞ və Fransa ilə bağlı qapılar arxasında danışıqlar apardığı bildirilib.

“Kathimerini” qəzetinin məqaləsində iki ölkə ilə irimiqyaslı təlimlərin davam etdiyi bildirilərkən, bununla Türkiyə üçün çəkindirici güc yaratmağa çalışdıqları diqqətə çatdırılıb.

“Seçkiqabağı dövrdə ABŞ və Fransa ilə qalxan” adlı məqalədə təlimlərin məqsədinin Egeydə gərginliyə səbəb ola biləcək addımların qarşısını almaq üçün Ankaraya mesaj vermək olduğu qeyd edilib. Bu yöndə ABŞ və Fransa ilə əməkdaşlığın önəmi vurğulanıb.

Rüya tabirlerini burdan oku

Dədəağac üzərindən və Qarşılıqlı Müdafiə Əməkdaşlığı müqaviləsi vasitəsilə Şərqi Avropaya doğru hərəkətləri dəstəkləmək zərurətindən dolayı ABŞ-ın bölgədə daimi hərbi varlığına malik olduğu bildirilib.

Digər tərəfdən, Yunanıstan müdafiə naziri Nikos Panayotopulo türk həmkarı Hulusi Akarla yaxşı münasibətlərinin və açıq rabitə kanallarının olduğunu deyib.

Bununla yanaşı, yunan nazir Türkiyə əleyhinə skandal ifadələr işlətməkdən də çəkinməyib:

“Türkiyə ilə daxili siyasi kütlələrə yönəlmiş ritorika əsasında “xoruz döyüşü”nə girmək istəmirik. Demək olar ki, hər gün “bir gecə qəfil gələ bilərik” ifadəsi ilə bitən ritorika NATO-da əməkdaşlıq üçün çərçivə təşkil edə bilməz”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu