fbpx

“Türkiyəyə TANAP-la 5 ay ərzində 2,4 milyard kubmetrə yaxın qaz nəql olunub”

BEY.AZ informasiya agentliyi xəbər verir

Cari ilin 5 ayı ərzində ölkədə 19,6 milyard kubmetr təbii qaz hasil edilib.

Metbuat.az-a Energetika Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, qazın 5,8 milyard kubmetri AÇG-dən, 10,6 milyard kubmetri “Şahdəniz”dən, 3,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,3 faiz, yəni 2,6 milyard kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 9,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,0 faiz çoxdur. Cari ilin yanvar-may aylarında Türkiyəyə 3,6 milyard kubmetr, Avropaya 4,5 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz satılıb. Bu dövrdə BTC boru kəməri sisteminə 45 milyon kubmetr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,4 milyard kubmetrə yaxın qaz nəql olunub.

Yataqlar istismara veriləndən bu ilin 01 iyun tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 195,9 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 168 milyard kubmetrdən çox qaz hasil olunub. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 116 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib.

Ölkədə neftin emalı 2022-ci ilin yanvar-may aylarında 2,3 milyon ton təşkil edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin