fbpx

“Türkiye Bursları” çərçivəsində təhsil hüququ qazananlar müəyyənləşdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



“Türkiye Bursları” çərçivəsində təhsil hüququ qazananlar müəyyənləşib.

Metbuat.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Elm və Təhsil Nazirliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında imzalanmış Niyyət Məktubu çərçivəsində 8 nəfər Azərbaycan vətəndaşı 2023-2024-cü tədris ili üzrə təqaüdlü təhsil almaq imkanı qazanıb.

Həmin şəxslər “Türkiye Bursları” çərçivəsində bu ölkənin müxtəlif nüfuzlu universitetlərində doktorantura səviyyəsi üzrə təhsil alacaqlar.

Rüya tabirlerini burdan oku

Təqaüd əldə edənlər təhsil, paleoantropologiya, psixologiya, molekulyar biologiya, kimya, hüquq və tarix ixtisas istiqamətləri üzrə Ankara Universiteti, İzmir Yüksək Texnologiya İnstitutu, İstanbul Universiteti, Qazi Universiteti, Qara dəniz Texniki Universiteti və digər universitetlərdə tədqiqat aparacaqlar.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan 30 yanvar 2023-cü il tarixində verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Türkiye #Bursları #çərçivəsində #təhsil #hüququ #qazananlar #müəyyənləşdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu