fbpx

TÜRKPA-nın iclası bu şəhərdə keçirilək


Aprelin 17-20-də Qırğızıstanın paytaxtı Bişkekdə TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının 11-ci iclası keçiriləcək.

BEY.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, “TÜRKPA üzv dövlətlərinin ticarət nümayəndəlikləri: milli iqtisadiyyatın gücləndirilməsi və birgə iqtisadi əməkdaşlığa töhfə” mövzusuna nəsr olunacaq iclasda parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa və deputat Ağalar Vəliyev iştirak edəcəklər.

İclasda komissiyanın hesabat məruzəsi layihəsinin, “Ticarət nümayəndəlikləri haqqında” və “Dövriyyəyə buraxılan məhsulların təhlükəsizliyi və keyfiyyətinin əsasları haqqında” model qanunların layihələrinin, həmçinin komissiyanın tövsiyə qərarının layihəsinin qəbulu barədə məsələlər müzakirə olunacaq.

Milli Məclisin deputatları komissiyanın işində iştirak edəcək, gündəlikdə duran məsələlərə münasibət bildirəcəklər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin