Üç bürc ay sonunda problemlərlə üzləşəcək
Astroloqlara görə ayın sonu bəzi bürclər üçün çətin keçə bilər.
BEY.AZ həmin bürcləri təqdim edir:
Balıqlar – payızın gəlişi ilə bağlı baş qaldıran emosional dalğalanmalar iş həyatınızda və şəxsi münasibətlərdə xırda çətinliklərlə üzləşmənizə səbəb ola bilər. Qərar verərkən diqqətli olun, planlı şəkildə hərəkət edin.
Şir – sevgi münasibətlərində işlər istədiyiniz kimi getməyə bilər. Münasibətiniz sona çatsa, bunu faciə kimi qəbul etməməlisiniz. İkili münasibətlərdə dürüst və səmimi olmağa çalışın.
Əqrəb – maddi itkilər gözlənilir. Planlaşdırdığınız layihələr ay sonunda istədiyiniz kimi getməyə bilər. Bəzi işləri təxirə sala bilərsiniz, bu, sizi irəli aparacaq. Risk etməkdən çəkinməyin.