fbpx

“Üç gündən bir oyunayıram” – Elvin Cəfərquliyev



“Slovakiya ilə matça çox ciddi hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə qazanaq. Ümid edirəm ki, qələbə ilə ötən məğlubiyyətləri unutduracağıq. Matça qələbə üçün çıxacağıq”.

BEY.AZ xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının müdafiəçisi Elvin Cəfərquliyev deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

– Müdafiə xəttində vəziyyət necədir?

– Özümü komanda yoldaşlarımdan fərqləndirməzdim. Öz işimi görürəm. Fərdi olaraq səhvlərimiz oldu. Bu gün Estoniya ilə oyuna baxmışıq. Bəzi səhvlərimiz var idi. Xüsusilə də müdafiədə. Sabah daha yaxşı çıxış etməyə çalışacağıq.

– Keçən il Estoniyanı udmuşduq, bu dəfə uduzduq. Bir ildə nə dəyişdi?

– Dəyişikliklər haqda nəsə deyə bilmərəm. Bu dəfə də qalib gələ bilərdik. Epizodlardan düzgün istifadə edə bilmədik. İlk yarıda bir xeyli epizodlarımız oldu. Qaçırdınsa, rəqib səni cəzalandıracaq.

– Millinin heyətində üzdə olan oyunçular oynayır. Fərd olaraq ən yaxşılardır. Niyə komanda şəklində alındıra bilmirsiz?

– Çox yaxşı oyunçularımız var. Səbəbini sizə deyə bilmərəm. Nə bilim. Açıqlama verə bilməyəcəm. Ümid edirəm ki, komanda şəklində daha yaxşı çıxış edəcəyik.

– Hazırkı karyeranın ən yaxşı dövrünü yaşayırsan. Fiziki və psioloji cəhətdən özünü necə hiss edirsən?

– Təkcə bu il deyil ki, üç gündən bir oynayıram. Çoxdandır ki, bu sistemdə oynayıram. Üç gündən bir oyundan özümün də xoşum gəlir. Tempi saxlayırsan, düşmürsən.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin