fbpx

Uçquna görə bağlanan Lahıc yolu açılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


İsmayıllı-Lahıc avtomobil yolunun uçqun nəticəsində bağlanan hissə açılıb, avtomobillərin hərəkəti bərpa olunub.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Agentliyin xüsusi təyinatlı texnikaları və canlı qüvvəsi əraziyə cəlb edilib.

“Yolda hərəkət bərpa olunub, tökülmüş qaya parçaları təmizlənib. Yalnız yolun kənarında bir qaya parçası qalıb. Onu götürmək üçün xüsusi texnika çağırılıb. Gün ərzində həmin qaya parçası da təmizlənəcək”, – qurum rəsmisi bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək yolu bağlamışdı.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin