fbpx

Üçüncü “Yüksəliş” müsabiqəsi onlayn mərhələyə start verir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Aprelin 9-da üçüncü “Yüksəliş” müsabiqəsi ümumi biliklər üzrə onlayn mərhələsinin sınaq imtahanı ilə onlayn mərhələnin imtahanlarına start verir.

Metbuat.az xəbər verir ki, sınaq imtahanının keçirilməsində məqsəd iştirakçılara imtahan sistemi və sual nümunələri ilə tanışlıq imkanı yaratmaqdır. İştirakçıların istənilən məkandan onlayn formada qatıldıqları imtahan 11:00-da başlayacaq və iki saat davam edəcək.

İmtahan Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər olmaqla 4 blok üzrə aparılır. Hər blok üzrə 25 dəqiqə, ümumilikdə isə imtahan üçün iki saat vaxt ayrılır. “Yüksəliş” müsabiqəsi ilə bağlı yaradılmış 1820 Çağrı Mərkəzi, sosial şəbəkələr və elektron poçt iştirakçıların texniki problemlərinə dəstək olmaq məqsədilə imtahan günü gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin bu il fevralın 17-dən start götürən qeydiyyat prosesi martın 31-i 18:00-da tamamlanıb. Beləliklə, üçüncü “Yüksəliş” müsabiqəsində iştirak üçün 13 474 namizəd müraciət edib. Bununla da üçüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat üçün müraciətin ötən illərlə müqayisədə daha çox olduğu qeydə alınıb. Qeydiyyatdan keçənlərin 10 237-si kişi, 3 237-si qadındır. Üçüncü müsabiqəyə qeydiyyat üçün müraciət edən 6 268 namizəd öncəki müsabiqələrdə də iştirak edib. Namizədlərdən 94,10%-i bakalavriat təhsilini Azərbaycanda alıb. Ümumilikdə iştirakçıların 51,54%-i magistratura təhsilinə, onlardan 12,83%-i isə doktorantura/aspirantura təhsilinə sahibdir. Magistratura təhsili almış iştirakçılardan 81,22%-i, doktorantura təhsili alanlardan isə 87.99%-i təhsilini Azərbaycanda tamamlayıb. Namizədlərdən 53.80%-i dövlət, 43,94%-i özəl, 1,38%-i QHT, 0,88%-i isə beynəlxalq qurumların əməkdaşıdır.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində sərəncam imzalanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Üçüncü #Yüksəliş #müsabiqəsi #onlayn #mərhələyə #start #verir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu