ÜDSY-nin məbləği 2,68% artıb
2024-cü ilin iyun ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 2,68% artıb.
Bu barədə BEY.AZ-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, ötən ilin iyun ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 462,15 manat idisə, 2024-cü ilin müvafiq dövründə bu məbləğ artaraq 474,50 manat təşkil edib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |