UEFA-dan “Barselona”ya sürpriz cəza
İspaniyanın “Barselona” klubu UEFA tərəfindən cəzalandırılıb.
BEY.AZ xəbər verir ki, növbəti səfər oyununu azarkeşsiz keçirəcək. UEFA-nın bu qərarı verməsinə səbəb “Barselona” azarkeşlərinin irqçi pankart açması olub. Ötən mövsümdə də oxşar qayda pozuntusu ilə bağlı xəbərdarlıq alan klub qaydanı təkrar pozduğuna görə cəza alıb.
Klubdan bildirilib ki, Çempionlar Liqasının 4-cü həftəsində keçiriləcək matç üçün bilet alan azarkeşlərin pulu geri qaytarılacaq. UEFA tərəfindən verilən 1 oyunluq qadağaya əlavə olaraq, klub 10 min avro məbləğində cərimə olunub.
“Barcelona”nın vitse-prezidenti Elena Fort açılan pankarta görə məyus olduqlarını bildirib. Fort açıqlamasında belə deyib:
“Klubu sevdiyini deyən birinin bu cür davranması təəssüf doğurur. Bu, bir daha təkrarlanmamalıdır”.
Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının yeni mövsümünün ilk oyununda səfərdə “Monako” ilə qarşılaşıb. 10 nəfərlə oynayan “Barselona” 2-1 məğlub olub.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |