UEFA Gürcüstan və Türkiyə Futbol Federasiyalarını cərimələdi
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) AVRO-2024-ün qrup mərhələsinin oyunu zamanı Dortmunddakı stadionda azarkeşlər arasında baş verən dava səbəbindən Gürcüstan və Türkiyə futbol federasiyalarına cərimə tətbiq edib.
BEY.AZ xəbər verir ki, Gürcüstan Federasiyasına 30 min avro Türkiyə Federasiyasına isə 25 min avro cərimə kəsilib. Bu barədə UEFA-nın Mətbuat Xidməti məlumat verib.
Bundan əlavə, azarkeşlərin pirotexnikadan istifadəsinə görə Gürcüstan Federasiyası 6250 avro, Türkiyə Federasiyası isə 9750 avro cərimələnib.
Gürcüstan Federasiyası Portuqaliya komandası ilə oyunun nəticələri (2:0) ilə əlaqədar azarkeşlərin meydana qaçması və pirotexnikadan istifadəyə görə də 9,75 min avro cərimələnib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |