UEFA İsraildə keçiriləcək bütün oyunları ləğv etdi
UEFA növbəti iki həftə ərzində İsraildə keçiriləcək bütün oyunları ləğv edib.
Metbuat.az-ın məlumatına görə, bu barədə qurumun saytında məlumat verilib.
“UEFA mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq İsraildə növbəti bir neçə həftəyə planlaşdırılan bütün oyunları təxirə salır”, – məlumatda bildirilir.
Qeyd edilir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də keçiriləcək İsrail – İsveçrə matçı qeyri-müəyyən müddətə təxirə salınır. Bundan əlavə, 21 yaşadək futbolçular arasında Avropa çempionatının iki oyunu təxirə salınıb. İsrail oktyabrın 12-də Estoniya, 17-də isə Almaniya ilə qarşılaşmalıdır.