UEFA İsraillə bağlı qərar verdi
UEFA İsraildə beynəlxalq yarışların keçirilməməsinə qərar verib.
BEY.AZ xəbər verir ki, qərar növbəti bildirişədək qüvvədə qalacaq. Buna səbəb Qəzza zolağında baş verənlərdir.
Oktyabrın 26-da keçirilməsi planlaşdırılan Avropa Liqasının “Vilyarreal” (İspaniya) – “Makkabi” (Hayfa, İsrail) oyunu dekabrın 6-na, Konfrans Liqasının “Makkabi” (Təl-Əviv, İsrail) – “Zarya” (Ukrayna) qarşılaşması isə noyabrın 25-nə salınıb.
Hayfa “Makkabi”sinin U-19 komandası isə UEFA Gənclər Liqasında iştirakdan imtina edib.