fbpx

UEFA “Marsel” – “Qarabağ” oyunu üçün iki variant təklif etdi

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


UEFA Konfrans Liqasının pley-off mərhələsinin iştirakçıları olan klubların nümayəndələri ilə onlayn görüş keçirib.

Bu barədə Metbuat.az-a “Qarabağ” klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, iclasda bütün klublarla vaksinasiya ilə bağlı ümumi vəziyyət müzakirə olunub: “Bu zaman UEFA 2 meyarı əsas götürür. Birincisi, səfərə gedən edən şəxslərin peyvənd olunub-olunmamasıdır. Belə bir hal varsa, bu, birbaşa qonaq komandanın problemidir. İkinci məsələ, klubun səfər etdiyi ölkənin həmin vaksini tanımamasıdır. Burada isə artıq məsuliyyəti oyunu qəbul edən tərəf daşıyır. Yəni, ya yerli hökumətə müraciət edib istisna hal kimi matçın evdə oynanılmasına icazə alınmalıdır, yaxud da qarşılaşma neytral ölkədə oynanılmalıdır. UEFA-nın təklif etdiyi variantlar budur”.

Rüya tabirlerini burdan oku

Abbaszadə bildirib ki, “Qarabağ”a şamil olunan ikinci məsələdir: “Bizdə hamı vaksin olunub. Lakin bunların bir çoxu Fransada qəbul olunmur. Ona görə də “Marsel” hər şeyi öz üzərinə götürərək, məsələnin həllinə çalışmalıdır. Qarşı tərəflə danışıqlarımız olub. Klub yerli hökumətə müraciət edərək, istisna hal kimi “Qarabağ”ın Fransaya səfər etməsinə çalışır. Hazırda Fransa hökuməti güzəştə getməməyə israrlı kimi görünür. Bu mənada, oyunumuzun neytral meydanda keçirilmə ehtimalı var. Məsələyə növbəti həftə aydınlıq gələcək”.

Qeyd edək ki, “Qarabağ” “Marsel” komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu