UEFA “Qarabağ” – “Neftçi” matçından yazıb
BEY.AZ informasiya agentliyi xəbər verir
UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə “Qarabağ” klubu haqqında paylaşım edib.
Metbuat.az xəbər verir ki, paylaşımda Kadi Borgesin qolları ilə “Neftçi“ni Premyer Liqanın XV turunda 2:1 hesabı ilə məğlub etdiyi qeyd edilib.
Qeyd edək ki, 30 illik rəqabətdə “Qarabağ”ın futbolçusu Kadi Borgesin vurduğu 2-ci qol “Neftçi”nin qapısından keçən 100-cü qol olub. “Neftçi”yə vurulan ilk qolun müəllifi isə Zaur Qarayev olub. O, 1992-ci il sentyabrın 26-da keçirilmiş qarşılaşmada (1:1) fərqlənib.
Xatırladaq ki, Ağdam təmsilçisi UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa “Marsel”i ilə üz-üzə gələcək. Komanda ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.