fbpx

UEFA “Qarabağ”ın oyununu idarə edən hakimi cəzalandırdı



Polşalı hakimlər Bartoş Frankovski və Tomas Musial cəzalandırılıblar.

BEY.AZ xəbər verir ki, buna ədalət təmsilçilərinin Çempionlar Liqasının “Reyncers” – “Dinamo” (Kiyev) oyunundan əvvəlki davranışları səbəb olub.

Şotlandiyadakı matça VAR hakimləri kimi təyinat alan polşalılar içkili vəziyyətdə yol hərəkəti qaydalarını pozduqları üçün qarşılaşmada başqa ədalət təmsilçiləri ilə əvəz olunublar. UEFA məsələni araşdıraraq hər iki hakimi 2025-ci ilədək diskvalifikasiya edib.

Qeyd edək ki, Frankovski dəfələrlə Azərbaycan komandalarının matçlarının baş hakimi olub. O, ötən il Avstriya – Azərbaycan (4:1) görüşündə, 2019-cu ildə “Dandalk” – “Qarabağ” (1:1), 2022-ci ildə “Qarabağ” – “Marsel” (0:3), 2023-cü ildə “Partizan” – “Sabah” (2:0, p.5:4) qarşılaşmalarını idarə edib.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin