UEFA-ya tələb irəli sürüldü – Oyun təkrar keçirilsin
300 min Almaniya azarkeşi UEFA-ya petisiya göndərib.
BEY.AZ xəbər verir ki, petisiyada Almaniya-İspaniya matçının təkrar edilməsi tələb edilib. Azarkeşlər hesab edir ki, topun Marc Cucurellanın əlinə dəydiyi epizod penaltidir.
Qeyd edək ki, UEFA Almaniya-İspaniya oyunundakı mümkün penalti epizodu barədə bəyanat yayıb. UEFA referinin qərarının düzgün olduğunu, çünki ispan futbolçunun neytral vəziyyətdə dayandığını bildirib. Oyun İspaniyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb və komanda yarımfinala yüksəlib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |