Ueyn Runinin yeni iş yeri açıqlandı
“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq üzvü Ueyn Runi yenidən İngiltərədə çalışacaq.
Metbuat.az xəbər verir ki, o, “Birmingem”ə baş məşqçi təyin olunub. Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onunla razılaşmanın detalları açıqlanmayıb.
Qeyd edək ki, Runi son olaraq ABŞ-də “Di Si Yunayted”i çalışdırıb. O, daha əvvəl İngiltərədə “Derbi Kaunti”nin də baş məşqçisi olub.