fbpx

​Ukrayna əhalisi 2014-cü ildən bəri 10 milyon nəfər azalıb

Rüya Yorumları burda


Ukrayna əhalisi 2014-cü ildən bəri təqribən 10 milyon nəfər azalıb.

BEY.AZ xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Florens Bauer açıqlama verib. O bildirib ki, 10 milyon azalmanın 8 milyonu Rusiya ilə müharibənin başladığı 2022-ci idən bəri qeydə alınıb. Rusiya ilə Ukrayna arasındakı müharibənin Ukraynaya demoqrafik təsirinə diqqət çəkən Bauer, Kiyevin bu müharibədən əvvəl də demoqrafik problemlərlə üzləşdiyini xatırladıb. Bauer Ukraynanın Avropada ən aşağı doğum nisbətinə malik ölkə olduğunu və bir çox insanın müxtəlif səbəblərdən ölkəni tərk etdiyini və əhalinin qocaldığını bildirib.

O, Rusiya ilə başlayan müharibədən sonra Ukraynada vəziyyətin daha da pisləşdiyini və doğum nisbətinın qadın başına 1 uşağa düşdüyünü ifadə edib. Bu, Avropanın ən aşağı doğum nisbətidir. Bauer bəyan edib ki, Ukrayna hökuməti bu problemləri həll etmək üçün BMT-nin Əhali Fondunun dəstəyi ilə milli demoqrafik strategiya hazırlayıb və bunu qəbul edib.






Rüya tabirlerini burdan oku
ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu