Ukrayna-Belarus sərhədində təxribat törədildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya təyyarələri Belarusun Silahlı Qüvvələrini müharibəyə cəlb etmək üçün Ukrayna ilə sərhəddə yerləşən Belarus yaşayış məntəqəsini atəşə tutub.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Komandanlığı məlumat yayıb.
Məlumata görə, Rusiya aviasiyası bu məqsədlə Ukrayna-Belarus sərhədi yaxınlığında yerləşən Kopani qəsəbəsinə hava zərbəsi endirib.
“Bu, təxribatdır. Məqsəd Belarus Silahlı Qüvvələrini Ukrayna ilə müharibəyə cəlb etməkdir”, – məlumatda deyilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.