Ukrayna bu dörd ölkədən asılıdır
“Bu gün dörd ölkə Ukraynanı dəqiq uzaqmənzilli silahlarla təmin edir və ya təmin etməyə qadirdir”.
BEY.AZ xarici mediaya istinadən bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski İrlandiyanın baş naziri Saymon Harrislə mediaya birgə bəyanatı zamanı deyib.
Zelenski qeyd edib ki, Kiyevə uzaqmənzilli raketlərin verilməsi ABŞ, Britaniya, Fransa və Almaniyadan asılıdır.
“Yalnız bu dörd ölkə Rusiya Federasiyasını ərazimizdən sıxışdırıb çıxarmaqda və bütün şəhərlərdə: Poltava, Lvov, Xarkov, Kiyevdə mülki əhalinin həyatını xilas etməkdə bizə kömək edə biləcək uzaqmənzilli silahları ya verir, ya da təmin etməyə qadirdir.Biz hər gün insanları itiririk və bu problemlərin həllində gücümüz məhz bu dörd dövlətdən asılıdır”, – deyə Zelenski vurğulayıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |