fbpx

Ukrayna bu günə qədərki ən böyük PUA hücumunu reallaşdırdı



Rusiya müharibə başlayandan bəri Ukraynanın ən əhatəli PUA hücumuna məruz qalıb.

BEY.AZ rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, 11 PUA Moskvanı, 23 PUA isə Bryansk vilayətini hədəf alıb – Ukrayna ümumilikdə 45 pilotsuz uçuş aparatı ilə hücuma keçib.

Həmçinin Kaluqa üzərində üç, Kursk üzərində iki PUA vurulub.

Moskva meri Sergey Sobyanin “Telegram” kanalında verdiyi açıqlamada bildirib ki, bu, Moskvaya pilotsuz təyyarələrlə hücum etmək üçün bütün zamanların ən böyük cəhdlərindən biri olub və paytaxt ətrafında güclü müdafiə qurulduğu üçün bütün pilotsuz təyyarələr məhv edilib.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz da “kütləvi” hücum olduğunu, lakin 23 pilotsuz uçuş aparatının məhv edildiyini bildirib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin