Ukrayna bu halda kompromisə gedə bilər
BEY.AZ informasiya agentliyi xəbər verir
“Ukrayna və Rusiya arasında danışıqlarda kompromis ölkədə keçiriləcək referendumla mümkün ola bilər”.
Metbuat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın milli ictimai teleradio şirkətinə müsahibəsində bildirib.
O bildirib ki, söhbət təhlükəsizlik zəmanətləri və işğal olunan Ukrayna ərazilərindən gedir: “Cavabsa çox sadədir. Biz artıq anlayırıq. Bizi qəbul etmirlər (NATO), çünki Rusiyadan qorxurlar. Bax belə. Bizdə sakitləşməli və deməliyik ki, “oldu, digər təhlükəsizlik zəmanətləri”. Bəzi NATO ölkələri təhlükəsizliyə zamin olmaq istəyirlər. Biz Alyansın üzvləri olsaydıq, NATO-nun etməli olduğu hər şeyi etməyə hazırdırlar. Hesab edirəm ki, bu normal kompromisdir”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti izah edib ki, təhlükəsizlik zəmanətləri məsələlərində söhbət Konstitusiya dəyişiklikləri və Ukrayna qanunvericiliyinə ediləcək dəyişikliklərdən gedir. O, bildirib ki, Rusiya ilə ehtimal olunan kompromisli razılaşma Ukraynada referenduma çıxarılmalıdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.