fbpx

Ukrayna cəhbəsindəki son durum açıqlanıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisinə nəzarəti tam ələ keçirmək məqsədi ilə şərq əməliyyat zonasından hücumu davam etdirməyə cəhd göstərir”.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Xəbər verilib ki, Belarusun hava məkanı və ərazisindən istifadə edilməklə Ukraynanın obyetklərinə Rusiyanın raket-bomba zərbələr endirməsi təhlükəsi qalır: “Slobojansl istiqamətində düşmən yenidən qruplaşır, ehtiyat toplayır. Xarkov qismən mühasirəyə alınıb və şəhərin atəşə tutulması davam edir. Rusiya İzyum istiqamətində Suliqivkiyə və Dibrivneyə hücuma keçməyə cəhd göstərib. Kreminna,Torska və Zelyonaya Dolina rayonlarında döyüşlər davam edir. Düşmən Liman yaşayış məntəqəsi istiqamətdə hərəkətə keçmək üçün yenidən qruplaşır”.

Rüya tabirlerini burdan oku

Məlumata əsasən, Rubijnoy və Severodonetska hücum nəticəsində Rusiyanın 130 hərbçisi yaralanıb və yaralılar Novoahdarda hospitala yerləşdirilib: “Onların sayı dəqiqləşdirilir. Donetsk istiqamətində düşmən Marinka yaşayış məntəqəsində hücuma keçib. Düşmənin Mariopolu ələ keçirmək üçün “Azovstal” zavodunun ərazisinə hücumu davam edir. Velika Novocilka, Rivnopol və Storojeve yaşayış məntəqələri istiqamətində döyüşlər gedir”.

Qeyd olunub ki, Rusiya komandanlığı Qərb Hərbi Dairəsinin verdiyi itkini kompensasiya etmək məqsədi ilə 3-cü motoatıcı diviziyasının 237-ci tank alayının taborunun taktiki qrupunu Xarkov vilayətindən daimi dislokasiya məntəqəsinə, yəni Belqorod vilayətinin Solotı qəsəbəsi istiqamətinə geri çəkib.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın 1 təyyarə, 1 helikopter, 6 pilotsuz uçuş aparatını (PUA), 12 tankını, 28 zirehli texnikasını, 2 texniki avtomobilini, 1 artilleriya sistemini, 1 qanadlı raketini məhv edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu