fbpx

Ukrayna ilə müharibə Rusiya iqtisadiyyatının məhvinə səbəb olacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiyanın 100 mindən artıq qoşununu Ukrayna sərhədlərinə yerləşdirərək ABŞ və NATO-ya ultimatum verməsi, şərqi Avropanı və post-sovet məkanını yenidən nüfuz dairəsi kimi tanınmasını tələb edərək hərbi güc nümayişi Ukraynanı işğal edərəm kimi siyasəti iflas oldu”.

Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə edib. Müsahibimiz bildirdi ki, Rusiya rəhbərliyi hesab edirdi ki, Qərbin birliyi baş tutmayacaq və birliyi parçalayacaq. Amma Putin soyuq müharibənin memarlarından olan Coi Baydenin Ağ Evdə oturmasını hesablamırdı.

“Qısa bir müddətdə Trampın demontaj etdiyi ABŞ, Avropa İttifaqı ilə yenidən bir araya gətirərək “soyuq müharibənin” dövründə olduğu kimi və Rusiyaya qarşı Qərbin vahid cəbhəsini təşkil edə bildi. Təbii ki, Rusiya Qərbin belə bir koalisiya təşkil edəcəyini gözləmirdi və hesab edirdi ki, 2014 -cü il siyasətini Qərb davam etdirəcək. Göründüyü kimi, Rusiya və Qərb arasında aparılan diplomatik danışıqlar iflasa uğradı. Qərbin geri çəkilməməsi Rusiyanın Ukraynaya güc tətbiq etməməsinə gətirib çıxardı”.

Rüya tabirlerini burdan oku

Politoloq qeyd etdi ki, Ukraynaya geniş miqyaslı hücum ABŞ və NATO ilə üz-üzə gəlməsinə, iqtisadiyyatının məhv olmasına gətirib çıxaracaqdı.

“Rusiya rəhbərliyi planlaşdırılan 16 fevral hücum günündə ordusunu geri çəkməsini elan etdi. Əgər Putin Ukrayna ilə genişmiqyaslı müharibəyə başlasaydı bu Rusiyanın məğlubiyyəti olardı. Ona görə də Donbasda separatçılar vasitəsilə Ukraynaya qarşı artilleriya zərbələri endirdi. Hazırda isə, Rusiya göstərir ki, Qərbin qarşısından geri çəkilməyib və Ukraynaya qarşı Donbasda separatçılar vasitəsilə zərbələr endirməklə gücünü nümayiş etdirir”.

Məhəmməd Əsədullazadə onu da bildirdi ki, Rusiya növbəti dəfə Qərblə danışıqlarda öz təkliflərinin qəbul edilməsinə çalışacaq. Donbasda müharibə isə, səngiməyəcək.

“Artıq ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar paketini qəbul etdi. ABŞ və Rusiya arasında davam edən siyasi-hərbi qarşıdurmanın növbəti mərhələyə keçir” deyə politoloq fikrini tamamlayıb.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu