fbpx

“Ukrayna indi öz müstəqilliyi uğrunda mübarizənin həlledici mərhələsindədir”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukrayna indi öz müstəqilliyi və suverenliyi uğrunda mübarizənin həlledici mərhələsindədir. Ölkəmiz isə şübhəsiz ki, uzunmüddətli təhlükəsizliyə, azadlığa, sülhə nail olacaq.

Metbuat.az xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski Milli Qvardiyanın Kiyev İnstitutunda zabitlər üçün buraxılış mərasimində çıxışı zamanı söyləyib.

Zelenski qeyd edib ki, Milli Qvardiya dövlətimizin ümumi müdafiə sisteminin əsas elementlərindən birinə çevrilib. Bu da düşmənə Ukraynanı məğlub etməyə imkan vermir.

Rüya tabirlerini burdan oku

“Biz indi müstəqilliyimiz, suverenliyimiz, xalqımızın müxtəlif nəsillərinin həyatının məzmununa çevrilən əsrlər boyu davam edən Ukrayna uğrunda mübarizənin həlledici mərhələsindəyik”, – deyə Prezident bildirib.

Dövlət başçısı Ukrayna xalqının uzunmüddətli təhlükəsizlik şəraitində azadlıq və sülh qazanacağına şübhə etmir.

“Biz bu nəticəni və qələbəmizi sürətləndirmək üçün hər şeyi etməliyik. İnanıram ki, sizin hərəkətləriniz bizim ümumi Ukrayna məqsədimizi yaxınlaşdıracaq. Qoy sizin xarakteriniz işğalçıya qarşı mübarizədə öz möhkəmliyini göstərsin”, – deyə Zelenski vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ukrayna #indi #öz #müstəqilliyi #uğrunda #mübarizənin #həlledici #mərhələsindədir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu