Ukrayna lazım olan silahların siyahısı Qərbə təqdim etdi: Bütün ölkələrdən cavab gözləyirik
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukrayna Avropa Birliyi və NATO ölkələrinə silah yardımı üçün müraciət edib.
Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba açıqlama verib. O bildirib ki, Ukrayna orduya lazım olan silahların siyasını təqdim edib. “Biz Avropa Birliyi və NATO-ya üzv ölkələrə döyüş təyarələrindən zirehli vasitələrə qədər ehtiyac olan silahların siyahısını təqdim etdik”- deyə diplomat qeyd edib.
Kubela Qərbdən yaxşı cavab alacaqlarına ümid etdiyini bildirib. Kubelanın sözlərinə görə, Rusiyanın Qara dənizdəki nüfuzuna son qoymaq üçün sanksiyalar artırılmalıdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.