fbpx

Ukrayna lideri: “Putinlə görüşməkdə maraqlı deyiləm”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Rusiya danışıqlar istəmir. Buna Prezident Vladimir Putin qərar verib”.

Metbuat.az-ın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Sky nuys” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Rusiya sülhdə maraqlı deyil: “Əgər biz indi tab gətirə bilməsək, Rusiya başqa yerlərdə də müharibə aparacaq. Düşünürəm ki, biz lazımi dəstəyi alacağıq və qalib gələcəyik”.

Rüya tabirlerini burdan oku

V.Zelenskinin sözlərinə görə, o, V.Putinlə görüşməkdə maraqlı deyil: “Putin bir şey söyləyən və sonra fərqli addım atan adamdır. Mən onu belə tanıyıram”.

Ukrayna lideri, həmçinin rusiyalı valideynlərə müraciət edib: “Mən bir ata olaraq başa düşmürəm ki, valideynlər övladlarını necə müharibəyə göndərməklə bilirlər. Onlar övladlarını müharibəyə yola salmaqla, onları cinayətkar edirlər. Çünki bu, özünümüdafiə deyil, cinayətdir. Onlar Prezident Putinin ambisiyalarına görə gənc yaşlarında torpaqlarımızda öləcəklər”.

V.Zelenski Rusiyanın xeyli sayda itki verdiyini vurğulayıb: “Onların minlərlə hərbçisi həlak olub. Rusiyanın itkiləri bizimkindən dəfələrlə çoxdur”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ukrayna #lideri #Putinlə #görüşməkdə #maraqlı #deyiləm

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu