fbpx

Ukrayna müharibəsinin on günündən çıxan dərslər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Baş verən proseslər Azərbaycanın düzgün siyasət yürütdüyünü bir daha təsdiqləyir.

Ukrayna xalqının, ordusunun əzmkarlığı barədə deyilənlər doğrudur, göz qabağındadır. Qərbin Ukraynaya dəstəyi, Rusiyaya qarşı sərt davranması faktdı da ortadadır. Rusiyaya vurulan zərbənin ölçüsü çox böyükdür, hesaba gəlməz. Qərb mediasının təbliğatına inansaq, sadalanan faktorlar Ukraynanın müharibədə qalib gəlmək şansını artırır, Rusiyanın çöküşünü an məsələsinə çevirir. Müharibənin 9-cu günü ərəfəsində rəqiblər elan ediblər ki, Rusiya hərbçilərinin itkiləri 10 min nəfərə yaxındır. “Associated Press” yazır ki, Rusiya bu rəqmləri inkar edir. 498 nəfər rus həbçisinin həlak olduğunu, 1597 nəfərin yaralandığını elan edir. Amma dərhal da vurğulayır ki, Rusiya mənbələrinin məlumatları etibarlı deyil. Əslində, təkcə KİV-lər deyil, ümumilikdə hər kəs Rusiyanın itkilərinin çox olmasını, zəlil günə düşməsini qəbul edir. Amma diqqətlə yanaşanda görürsən ki, ortada uzlaşmayan məqamlar var. Eyforiyadan kənar, real gözləbaxanda Ukraynada vəziyyət fərqli görünür. Məsələn, Rusiya ordusunun hərəkət istiqamətlərini əks etdirən xəritəyə baxanda aydın olur ki, Ukrayna dənizə çıxış imkanlarını itirmək üzrədir. Azov və Qara dənizin sahil ərazilər artıq Rusiyanın işğalı altına düşüb. Əgər proseslər bu templə davam edəcəksə, yaxın vaxtda Ukraynanın tam yarısı Rusiyanın nəzarəti altına keçəcək.

Təkcə əraziləri deyil, çox sayda strateji obyektləri də Ukraynanın nəzarətindən çıxıb. Ölkənin 4 böyük atom elektrik stansiyasından 2-si- Zaporojyevə Çernobl Atom Elektrik Stansiyaları dafaktiki olaraq Rusiya tərəfindən ələ keçirilmiş sayılır.

Rüya tabirlerini burdan oku

Rəsmi statistikaya görə, ölkə vətəndaşlarının bir milyon nəfəri qaçqın durumundadır. Ölənlər, yaralananlar da yüksək rəqəmlərlə ifadə olunur. Düzdür, Ukrayna özü hərbi qulluqçular və mülki əhali sırasından itkiləri rəsmi qaydada, dolğun şəkildə elan etmir. Buna baxmayaraq, transmilli KİV-lər müəyyən rəqəmləri səsləndirirlər. Əl-Cəzirəməlumat verir ki, müharibənin 8-ci gününə qədərUkrayna tərəfindən 2870 nəfər öldürülüb, 3700-ə yaxın yaralı var, 572 nəfər isə əsir götürülüb.Hücum başlayandan bəri 21 uşaq öldürülüb, 55 uşaq yaralanıb. Xarkov, Xerson kimi iri şəhərlər xarabazara çevrilib, Kiyev, Odessa, Mariopol və digər şəhərlərə ciddi zərbələr endirlib, infrastruktur dağıdılıb.

Bəd xəbər həm də odur ki, ABŞ Dövlət Katibi Blinken vəziyyətin yaxın vaxtlarda normallaşmayacağını, daha da ağırlaşacağını deyir. Dünən açıqlama verib ki, Rusiyanın prossesi ağırlaşdırmaqda davam edəcəyi barədə məumatları var. Bəs əks reaksiya necə olacaq? Ukraynanın tamamilə dağıdılmamasının qarşısını almaq məqsədilə hansı addımlar atılacaq?Blinken bu barədə inamlı fikir söyləmir. Görünən odur ki, təkcə ABŞ rəsmilərində deyil, Avropa dövlətlərində də çaşqınlıq duyulmağa başlayıb. Çaşqındırlarmı, yoxsa vəziyyətin bu həddə gəlib çatması Qərbin işinə yarayır? Suala birmənalı cavab vermək çətindir. Bilinən təkcə odur ki, Qərbin bəzən tərəddüdlü, bəzən anlaşılmaz görünən hərəkətləri yeni müstəqillik qazanmış ölkələr üçün fəlakətlər yaradır.

Əslində bu gün Ukraynada yaşananlar Azərbaycan üçün də ola bilərdi. Əgər Azərbaycan öz düşüncəsi, öz iradəsi ilə deyil, kənardan gələn istiqamətlərlə hərəkət etsəydi, nəinki 44 günlük müharibədə əldə etdiklərini, ümumiyyətlə müstəqilliyini və dövlətçiliyini itirə bilərdi. Müasir dövrdə ölkəni və xalqı təlatümlərdən sığortalamaq üçün düşünülmüş, praqmatik, ağıllı siyasət yürütmək, qlobal və geosiyasi reallıqları nəzərə almaq zəruridir. Ukraynada baş verənlər Azərbaycanın nə dərəcədə doğru və düşünülmüş siyasət yürütdüyünü bir daha təsdiqləyir. 2020-ci ildə “Xankəndiyə niyə girmədik” deyənlər Avropanın ən böyük ölkələrindən olan Ukraynanın dünyanın gözü qarşısında yaşadıqlarından nəticə çıxarsınlar. Həl o da var ki, bu gün bütün dünyanın dəstəklədiyi Ukraynadan fərqli olaraq, Azərbaycanın yanında yalnız Türkiyə var idi. Azərbaycan 10 Noyabr sənədinə imza atmasa, Xankəndiyə ordu yeritsə bizi həm Rusiyanın hərbi təzyiqi, həm də bu gün Ukraynanın yanında olan ABŞ və Avropanın sanksiyaları gözləyirdi. Prezident İlham Əliyev bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmaqla, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla həm ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, həm də Azərbaycanı mümkün geosiyasi kataklizmlərdən sığortaladı. Azərbaycan siyasi avantüralara qoşulmadı. Bütün qərarlarını dərin siyasi təhlilə əsaslanaraq, dövrün reallıqlarını nəzərə alaraq verdi. Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik münasibətləri qurmaqla ən çətin dövrdə özünün təhlükəsizliyinə zəmanət alıb. Postsovet məkanında ikinci belə ölkə yoxdur.

Müşfiq Ələsgərli





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu