Ukrayna münaqişəsinin ƏSAS SƏBƏBİ BUDUR
BEY.AZ informasiya agentliyi xəbər verir
Çin Vaşinqton üçün Rusiyadan daha çox təhlükəlidir. Lakin Avropada baş verənləri gözardı etmək olmaz.
Metbuat.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Vol Strit Jurnal”da yayımlanan məqalədə deyilir.
Məqalədə vurğulanıb ki, əgər Ukraynanın NATO-ya daxil olması dəstəklənməsə, o zaman Çin probleminin həlli daha ağır olacaq:
“Moskvanın Ukraynanı “udması” daha da asanlaşacaq və Çinlə birgə ABŞ-ın maraqlarını baltalayacaq. Rusiya və Çin əməkdaşlığı dərinləşdirir və bütün dünya BMT TŞ-də bunu gördü. Çini yayındırmaq üçün Putinin Qərbə mümkün yardım ideyaları sadəcə fantaziyadır. O, Ukrayna ilə bağlı güzəştləri “cibinə atacaq”, sonra isə Amerikanın Avropadakı maraqlarını təhdid etməkdə davam edəcək, eyni zamanda, Çinlə birlikdə ABŞ-ın bütün dünyada maraqlarına zərbə vuracaq. Ukraynanı “udmaqla” Rusiya xeyli güclənəcək və NATO-nun şərq cinahına yaxınlaşacaq”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.